Azərbaycan onları yenə məyus edib, cəhdlərini boşa çıxaracaq - Açıqlama

 23-10-2024

 "Bu gün biz Azvropa strukturlarının davamlı olaraq anti-Azərbaycan qüvvələrin və erməni lobbisinin əlində Azərbaycana qarşı bir siyasi təzyiq aləti kimi istifadə olunduğunu müşahidə etməkdəyik. Azərbaycan hər hansı bir uğura, qələbəyə imza atanda, yaxud da beynəlxalq səviyyəli mötəbər tədbrilərə ev sahibliyi etdikdə adı çəkilən məlum qüvvələrin ölkəmizə qarşı fəal çirkin oyunlara əl atıb qarayaxma kampaniyasını həyata keçirirlər. Belə bir çirkin oyunun Azərbaycanın COP29-a ev sahibliyi etməsi zamanı da müşahidə edirik. Tədbirin vaxtı yaxınlaşdıqca bu məlum qüvvələr daha da aktivləşirlər. Avropa Parlamentinin oktyabrın 22-də Azərbaycanla bağlı təşkil etdiyi dinləmələr də bunun tərkib hissəsidir".

Bunu Ölkə.Az-a açıqlamasında deputat İlham Məmmədov deyib.

O bildirib ki, ümumiyyətlə Avroparlament Azərbaycana qarşı qərəzi ilə seçilən bir qurumdur. "Avroparlamentin Azərbaycanla bağlı təşkil etdiyi dinləmə ümumiyyətlə Avropanın öz dəyərlərini və bəyan etdiyi prinsiplərə qarşı çıxıb ayaq altına atmasıdır. Avropa bir yandan qlobal iqlim dəyişikliyinə qarşı mübarizə elan edir və dünyanın diqqətini bu problemin həllinə yönəltməyə çalışır, digər tərəfdən isə belə bir problemin həllinə töhfə verməyə çalışan ölkəyə qarşı çirkin oyunlar həyata keçirir. Azərbaycana qarşı tutarlı fakt tapa bilməyən Avroparlament absurd və əsassız iddialar irəli sürüb ölkəmizi guya insan haqlaırnı pozmaqda, ermənilərə qarşı "etnik təmizləmə"də ittiham edirlər. Əslində məlum qüvvələr, xüsusən də erməni lobbisi və Fransa Avropa Parlamentindən Azərbaycana öz  maraqlarını diqtə etmək üçün  bir siyasi təzyiq aləti kimi istifadə edirlər. Oktyabrın 22-də təşkil edilən dinləmələrdə fransız və erməni lobbisinin təsiri altında olan deputatların aktivliyi bunun bariz nümunəsidir. Amma unudurlar ki, bu cür  eybəcər metodlardan istifadə etməklə Azərbaycana təzyiq etmək mənasızdır. Nə bununla  COP29 kimi mötəbər tədbiri boykot etmək olacaq. nə də Azərbaycana təzyiq. Azərbaycan COP29-u ən yüksək səviyyədə təşkil etməklə həmin qüvvələri məyus edəcək və bütün cəhdlərini boşa çıxaracaq", - deputat qeyd edib.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.079751014709473