Mübariz İbrahimovun atası VƏFAT ETDİ

 16-10-2024

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib. 

Mərhumun oğlu Rəşad İbrahimov Bizim.Media-ya verdiyi açıqlamada atasının infarkt keçirərək, təcili olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyini bildirib.

Əldə etdiyimiz məlumata görə, Ağakərim İbrahimovun həyatını xilas etmək mümkün olmayıb. 68 yaşlı A.İbrahimov 5 il bundan öncə açıq ürək əməliyyatı keçirmişdi.

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov dəfn olunub.

Mərhum Biləsuvar rayonu Əliabad kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində ailə üzvləri, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

 

 

 

Bənzər yazılar

0.071953058242798