“Caliber”: Rusiya hərbi texnikasını Qarabağdan çıxarır - VİDEO

 27-03-2022

Rusiyanın Qarabağdakı sülhməramlıları ərazidən çıxardığı iddia edilir.

MillətinSəsi.info xəbər verir ki, sözügedən məlumatı və bunu əks etdirən kadrları "caliber" yayıb. Bildirilir ki, kadrlar mart ayının 26-da qeydə alınıb:

"Rusiyanın Abxaziya və Gürcüstanın Sxinvali bölgəsindən qoşunlarını çıxarması artıq hamıya məlumdur.

Təqdim olunan eksklüziv kadrlarda Laçın dəhlizi vasitəsilə Qarabağ bölgəsindəki sülhməramlıların müvəqqəti məsuliyyət zonasından Rusiya texnikasının çıxarılması prosesini müşahidə edə bilərsiniz.

Yalnız martın 26-da qeydə alınan bu görüntülərdə rusiyalıların 4 ədəd “UAZ patriot”, 1 ədəd “Tiqr”, 3 ədəd “KamAZ” (kunq, təmir maşını və yanacaq daşıyan maşın), bir “Ural” və bir QAZ-66 çıxardıqları əks olunub.

Bütün bunların fonunda Qarabağdakı rus kontingentinin sayının artırılması xahişi ilə ermənilərin Putinə məktub yazmaları yalnız gülüş doğura bilər".

Bənzər yazılar

0.5094199180603