Efiopiyada torpaq sürüşməsi nəticəsində yüzlərlə insan ölüb

 24-07-2024

Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 229-a çatıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

“Ölənlər arasında 148 kişi və 81 qadın var”, - məlumatda deyilir.

Axtarışlar davam etdirilir.

Qeyd edək ki, ölkənin cənubunda Qeze-Qofa bölgəsində aramsız yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.

Bənzər yazılar

0.23613595962524