YAP-ın siyahısında daha bir sürpriz ad

 25-07-2024

YAP-ın deputatlığa namizədlər siyahısındakı sürpriz adlardan biri də Bədəl Bədəlovdur. 

AzPolitika.info” xəbər verir ki, hakim partiyanın 96 saylı Goranboy – Naftalan seçki dairəsindən namizədliyini irəli sürdüyü Bədəl Şamil oğlu Bədəlov ötən ilə qədər ARDNŞ-in vitse-prezidenti vəzifəsini daşıyıb.

1961-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuş B.Bədəlov 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Mühəndislik fəaliyyətinə "Xəzərdənizneftqaz" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" trestinin 2 saylı Tikinti-quraşdırma idarəsində başlayıb və böyük iş icraçısınadək yüksəlib.

1962-1997–2003-cü illərdə "Dənizdə neft və qazçıxarma" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" Trestinin Tikinti-quraşdırma İdarəsinin və Səyyar Mexanikləşdirilmiş Dəstəsinin rəisi vəsifələrində çalışıb. 2003-cü ildə "Azərneftyanacaq" Neft Emalı Zavodunun (Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) direktor müavini vəzifəsinə təyin edilib.

1963-2005–2007-ci illər ərzində ARDNŞ-in Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru, 2007–2011-ci illərdə isə Sosial İnkişaf İdarəsinin rəisi olub.

2011-ci ildə ARDNŞ-in Sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsinə təyin edilib, 28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad edilib.

Bənzər yazılar

0.28364300727844