Azərbaycanlı hücumçu Andrea Pirlonu məyus etdi

 21-07-2024

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi Berlin “Dinamo”su növbəti yoxlama oyununa çıxıb.

"Ölkə.az" xəbər verir ki, Almaniya təmsilçisi İtaliyanın “Sampdoriya” komandası ilə üz-üzə gəlib.

Oyun “Dinamo”nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İtaliya yığmasının sabiq yarımmüdafiəçisi Andrea Pirlonun çalışdırdığı “Sampdoriya”nın qapısına matçın 13-cü dəqiqəsində Rüfət yol tapıb. O, 61-ci dəqiqədə əvəzlənib.

Bənzər yazılar

0.2253589630127