Sabiq icra başçısının oğluna məxsus obyekt istismara verildi

 19-07-2024

Fövqəlada Hallar Nazirliyi (FHN) Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, 227 ünvanında inşa olunan qeyri-yaşayış binasının istismarına icazə verib.

Yeniavaz.com xəbər verir ki, ümumi sahəsi 162,2 kvadratmetr olan obyekt 1 mərtəbədən ibarətdir.

Bildirilir ki, FHN inzibati binaya 12 iyul 2024-cü il tarixli 02426 nömrəli istismara hazırlıq rəyi verib.

Məlumat üçün bildirək ki, obyektin sahibi Binəqədi və Samux rayonlarının sabiq icra başçısı, Milli Məclisinin sabiq spikeri Oqtay Əsədovun qudası Alı Qocayevin oğlu İlham Qocayevdir.

Qeyd edək ki, İlham Qocayev daha əvvəl Milli Məclis Aparatında Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Elnur Əli

Bənzər yazılar

0.19391512870789