Şarl Mişel: "Aİ Bakı ilə İrəvan arasında birbaşa dialoq üçün mümkün olan hər şeyi etməyə çalışıb"

 18-07-2024

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Azərbaycan və Ermənistan arasında birbaşa dialoq üçün Avropa İttifaqı (Aİ) adından mümkün olan hər şeyi etməyə çalışdığını bildirib.

Oxu.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu o, Oksfordda "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Brüssel son aylarda iki ölkə arasında birbaşa təmasların mümkünlüyünü görüb.

Qeyd edək ki, Ş.Mişelin vasitəçiliyi ilə 2021-23-cü illərdə Azərbaycan və Ermənistan liderləri arasında altı görüş baş tutub.

Bənzər yazılar

0.20750999450684