Azərbaycan və Rusiya müdafiə nazirləri telefonda danışıblar

 25-03-2022

Azərbaycanın müdafiə naziri Zakir Həsənov və rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

MillətinSəsi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Şoyqu azərbaycanlı həmkarı ilə sabitləşmə yollarını müzakirə edib.

Qeyd edək ki, ötən gün S. Şoyqu ilə Ermənistandan olan həmkarı arasında regionda və Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazisində mövcud vəziyyəti müzakirə edən telefon danışığı baş tutub.

Bənzər yazılar

0.53092908859253