Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə yola düşdü

 24-04-2024

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə yola düşüb. 

Bu barədə məlumatı Qırğızıstan prezidentinin Mətbuat xidməti yayıb. 

Bildirilir ki, Japarovun rəhbərlik etdiyi nümayəndə heyətinə 11 nazir və bir neçə dövlət rəsmisi daxildir. 

Xatırladaq ki, Qırğızıstanın dövlət başçısı aprelin 24-25-də Azərbaycanda səfərdə olacaq. O, Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. Görüş zamanı iki və çoxtərəfli əməkdaşlığa dair aktual məsələlər müzakirə ediləcək. Japarovun, həmçinin Ağdamın Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimində iştirakı gözlənilir.

 

Bənzər yazılar

7.8505001068115