Meşələrin İnkişafı Xidmətində əməliyyat: Bu vəzifəli şəxs də saxlanılıb

 18-11-2023

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində əməliyyat keçirib.

APA-nın əldə etdiyi xəbərə görə, Meşələrin İnkişafı Xidmətinin sektor müdiri Sadiq Salmanov, Zaqatala Regional Mərkəzinin direktoru Rəşad Mahmudov və digər vəzifəli şəxslər saxlanılıblar.

Hazırda cinayət işi açılıb, araşdırmalar aparılır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində əməliyyat keçirilməsi faktını təsdiqləyiblər. 

Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində əməliyyat keçirilib. 
 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, saxlanılanlar arasında bir neçə vəzifəli şəxslə yanaşı, Meşələrin İnkişafı Xidmətinin sektor müdiri  Sadiq Salmanov da var. 
 
Qeyd edək ki, Meşələrin İnkişafı Xidmətinin rəis əvəzi Cabbar Qəribovdur. 

Bənzər yazılar

0.097573041915894