AAYDA-nın tabeliyində olan MMC 10 min manat cərimələnə bilər

 20-10-2023

“Bakı 4 №-li Yol İstismarı” MMC barəsində inzibati iş başlanıb. 

Valyuta.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (Su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi) maddəsi ilə ittiham olunur.
 
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 

Oktyabrın 31-nə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçiriləcək.

264.0.1-ci maddəyə görə fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər isə 7500 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.

“Bakı 4 №-li Yol İstismarı” MMC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərir. 

Nizamnamə kapitalı 19 891 000 AZN olan MMC-nin rəhbəri Musayev Fazil Kamal oğludur. 

Bənzər yazılar

0.067462921142578