Lukaşenko Qərb ölkələrinin nümayəndələri ilə danışıqlar apardı

 19-10-2024

Belarus Prezidenti Aleksandr Lukaşenko dünən Qərb dövlətlərinin nümayəndələri ilə çətin, lakin maraqlı danışıqlar apardığını bildirib.

“Ölkə.az” xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.

“Dünən (18 oktyabr – red.) mənim qeyri-ictimai, lakin çox çətin günüm oldu. Qərb dövlətlərinin nümayəndələri ilə çox mürəkkəb, çətin, lakin maraqlı danışıqlar apardım”, – Lukaşenko deyib.

O, danışıqların kiminlə aparıldığını açıqlamayıb, yalnız görüşdə “ən varlı ölkələrin” təmsil olunduğunu qeyd edib.

Eyni zamanda, Lukaşenko bu ölkələrin Belarusa həsəd apardığını iddia edib.

Bənzər yazılar

0.076963901519775