Tennis tarixinin ən böyük pul mükafatını qazandı

 20-10-2024

İtaliyalı Yannik Sinner dünyanın aparıcı tennisçilərinin iştirakı ilə keçirilən “6 Kings Slam” yoldaşlıq turnirinin qalibi olub.

"Ölkə.az" xəbər verir ki, yarışın finalında dünyanın bir nömrəsi ATP reytinqində 2-ci yerdə qərarlaşan ispan Karlos Alkarasla qarşılaşıb. Rəqiblər arasında 2 saat 21 dəqiqə davam edən görüş üç setdə Sinnerin qələbəsi ilə başa çatıb – 6:7 (5:7), 6:3, 6:3.

Yannik turnirin qalibi kimi tennis tarixində ən böyük pul mükafatının – 6 milyon dolların sahibi olub.(publika.az)

Bənzər yazılar

0.063574075698853