Məşhur serbiyalı futbolçu karyerasını BAŞA VURUB

 19-06-2022

Serbiyalı futbolçu Aleksandr Kolarov karyerasını başa vurub.

MillətinSəsi.info xəbər verir ki, bu barədə futbolçu özü açıqlama yayıb.

“İnter”in sol cinah müdafiəçisi 36 yaşında futbolla vidalaşıb.

Aleksandr Kolarov karyerası ərzində “Çukariçki”, “Latsio”, “Mançester Siti”, “Roma” kimi klublarda da oynayıb.

O, 2020-ci ilin yayından “İnter”də çıxış edirdi.

Kolarov başa çatan mövsümdə “İnter”in heyətində 4 matçda meydana çıxıb. Müdafiəçi Serbiya millisinin heyətində 94 oyun keçirib və 11 qol vurub.

Bənzər yazılar

0.56773996353149