“Şou-biznesdə onun xüsusi yeri var idi”.
Bu sözləri mərhum tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevlə vida mərasimi zamanı Xalq artisti Mübariz Tağıyev deyib.
Xalq artisti yeni layihə üzərində çalışdıqlarını qeyd edib:
“Gözəl təşkilatçı, rejissor, sənət aləmini yaxşı bilən insan idi. Allah rəhmət eləsin. Həmişə həqiqəti deyirdi. Çox sevilirdi. Onunla yeni layihə üzərində işləyirdik. “Yeni ulduz” yeni formatda olacaqdı, qismət olmadı”.