“Dağ boyda insanı itirdik”. Bu sözləri mərhum televiziya prodüseri, rejissor Oqtay Əliyevlə vida mərasimi zamanı müğənni Cavanşir Məmmədov deyib.
Cavanşir Məmmədov Oqtay Əliyev kimi dəyərli şəxsin yerinin dolmayacağını bildirib: “Xalqımızın başı sağ olsun. Elə adamların yeri dolmur. İki ay əvvəl bir yerdə idik. Xəstəliyi olmayıb”.
Cavanşir Məmmədov sənətdən xəbəri olmayanlara görə, hər kəsin ürək xəstəliyindən əziyyət çəkdiyini əlavə edib: “Biz hamımız ürək xəstəsiyik. Şou-biznesə sənətdən xəbəri olmayan o qədər lazımsız insan gəlir ki. Özlərini apara bilmirlər. Heyif Oqtay kimi dəyərli sənət adamından. Çox yardımsevər idi. Ruhu şad olsun”.