Keçmiş futbolçu Devid Bekhemin gəlini Nikola Peltz “Cosmopolitan”ın Amerika versiyasının yeni buraxılışı üçün fotosessisiya etdirib.
O, nəşrə müsahibəsində Selena Qomezlə yaxın dostluğundan danışıb.
“Mən onunla bir neçə il əvvəl təsadüfən tanış oldum və sonra sentyabrda hamımız birlikdə Akademiya Qalasına getdik. Biz yaxşı anlaşdıq və gözəl vaxt keçirdik. Sonra çox, çox yaxın dost olduq. Mən onu öz bacım kimi sevirəm. Mən onu çox sevirəm”, - model və aktrisa bildirib.
Bruklin Bekhemin həyat yoldaşı qeyd edib ki, ona dəstək olan dostlarının olması çox vacibdir.
Qeyd edək ki, “Cosmopolitan” jurnalı üçün fotolar Şeyn Makkoli tərəfindən çəkilib.
Mənbə: gazeta.ru