Fikrət Məmmədov: “Prezident indiyədək altı minə yaxın şəxsi əfv edib” - VİDEO

 05-04-2022

“Ölkəmiz humanizm ideyalarına daim sadiqlik nümayiş etdirir”.

“Report”un xəbərinə görə, bunu ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının təqdimetmə mərasimində deyib.

“Ötən dövrdə ölkə Prezidenti İlham Əliyev tərəfindən altı minə yaxın şəxs əfv olunub.

Torpaqlarımızın Vətən müharibəsi nəticəsində işğaldan azad olunmasının ildönümü, 8 Noyabr - Zəfər Günü münasibətilə qəbul edilən amnistiya aktı 17 mindən çox şəxsə tətbiq edilməklə əhatəliliyinə görə ən geniş olub”, - nazir vurğulayıb.

Bənzər yazılar

0.6220850944519