İsrail səfiri Corc Dik: “Ötən gecə Bakıda baş vermiş faciəli partlayış məni çox kədərləndirdi”

 03-04-2022

“Ötən gecə Bakıda baş vermiş faciəli partlayış məni çox kədərləndirdi”.

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter” profilində yazıb.

“Həlak olanların ailələrinə İsrail xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirəm”, - Dik bildirib.

Qeyd edək ki, 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən  gecə klubunda  yanğınla nəticələnən partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər ölmüş, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bənzər yazılar

0.50109601020813