ABŞ-da silahlı şəxslər məktəbə daxil olub ATƏŞ AÇDILAR: YARALILAR VAR - FOTO/VİDEO

 29-09-2022

ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində silahlı şəxslər məktəbdə atəş açıblar.

Məlumata görə, atışma nəticəsində azı 6 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Bütün şagirdlər məktəbdən təxliyə ediliblər.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücum edənlərin üç nəfər olduğu ehtimal edilir.

Hazırda polis şübhəliləri axtarır.

 

Mənbə: FOX2

Bənzər yazılar

0.2075629234314