İranın keçmiş prezidentinin QIZI SAXLANILIB

 28-09-2022

İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi Məhsa Əmininin ölümündən sonra başlayan etirazlarda “nümayişçiləri təhrik etdiyinə” görə paytaxt Tehranda saxlanılıb.

“Azadlıq radiosu” xəbər verir ki, qadın hüquqları müdafiəçisi olan Haşiminin hansı qurum tərəfindən saxlanıldığı dəqiqləşdirilməyib.

Haşimi 17 sentyabrda Məhsa Əmininin ölümündən sonra "Clubhouse" sosial media platformunda etdiyi çıxışda, İranın məhbuslarla rəftarının İsrailinkindən daha pis olduğunu deyib.

Xüsusilə son illərdə ölkə hakimiyyətinə qarşı sərt tənqid və ittihamları ilə gündəmə gələn Haşimi 2009-cu ildə ölkədə keçirilən mübahisəli prezident seçkilərindən sonra baş verən hadisələrdə "ölkənin təhlükəsizliyinə zidd hərəkət etdiyi" səbəbi ilə qısa müddətə saxlanılmışdı.

Bənzər yazılar

0.21694087982178