Rusiya Ukraynadakı müharibədə 58 150 nəfər CANLI QÜVVƏ İTİRİB

 28-09-2022

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 58 150 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 312 tank, 4 889 zirehli döyüş maşını, 1 381 artilleriya sistemi, 331 reaktiv yaylım atəşi sistemi, 175 hava hücumundan müdafiə sistemi, 262 təyyarə, 224 helikopter, 989 PUA, 242 qanadlı raket, 15 gəmi, 3 742 avtomobil texnikası və avtosistern, 131 xüsusi texnikadan ibarətdir.

 

Bənzər yazılar

0.23433303833008