Kim Çen Inın ictimaiyyətdən GİZLƏTDİYİ QIZI VARMIŞ - VİDEO

 27-09-2022
Şimali Koreyanın dövlət kanalında yayımlanan bir tamaşada yer alan balaca qızın Şimali Koreya lideri Kim Çen Inın qızı olduğu iddia edilir.
 
NTV xəbər verir ki, iddia Cənubi Koreya mətbuatında səsləndirilib.
 
Çinli mütəxəssislərə istinad edilən iddiada bildirilir ki, buna səbəb kimi kameraların tez-tez sözügedən uşağa fokuslanması və onun zalda saçını bağlamayan yeganə qız olması göstərilib.
 
Həmçinin tamaşadan sonra Şimali Koreya liderinin həyat yoldaşı Li Sol Çju da qızla söhbət etmək üçün ona yaxınlaşıb.
 
Cənubi Koreya rəsmiləri görüntülərin araşdırıldığını, lakin sözügedən qızın Kim Çen Inın övladı olma ehtimalının çox az olduğunu bildiriblər. Onlar bunu dəqiqləşdirməyin hər hansı üsulunun olmadığını deyiblər.
 
 

Bənzər yazılar

0.20782089233398