Yaponiyada keçmiş baş nazirin dəfn mərasimi BAŞLAYIB

 27-09-2022

Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin rəsmi dəfn mərasimi Tokionun mərkəzindəki “Nippon Budokan” idman və konsert mərkəzində başlayıb.

Bu, keçmiş baş nazir Şiqeru Yoşidanın dəfn edildiyi 1967-ci ildən bəri ölkədə keçirilən ilk dövlət səviyyəli dəfn mərasimidir.

Mərasimin keçirildiyi kompleksin zalına Abenin külü olan qabın daşınma prosesi zamanı havaya 19 dəfə atəş açılıb.

İyulun əvvəlində sui-qəsd nəticəsində öldürülən keçmiş baş nazir ilə vidalaşmağa 4000-dən çox insan, o cümlədən 700-ə yaxın xarici nümayəndə gəlib.

Onların arasında ABŞ-ın vitse-prezidenti Kamala Harris, Hindistanın Baş naziri Narendra Modi, Avstraliyanın Baş naziri Entoni Albaneze, Sinqapurun Baş naziri Li Syan Lun, Avropa Şurasının Prezidenti Şarl Mişel də var.

Abe iyulun 8-də seçkiqabağı mitinqdə güllələnərək qətlə yetirilib.

İyulun 12-də ailə üzvləri buddist dəfn mərasimi keçiriblər və onun meyiti kremasiya edilib.

Mənbə: TASS

Bənzər yazılar

0.19773411750793