Kubalılar referendumda eynicinsli nikahların qanuniləşdirilməsinə SƏS VERİBLƏR

 27-09-2022

Kubalıların əksəriyyəti referendumda ölkədə eynicinsli nikahların leqallaşdırıldığı yeni Ailə Məcəlləsinin qəbulunu dəstəkləyib.

Bu barədə ölkənin Milli Seçki Şurası məlumat yayıb.

Qeyd olunub ki, vətəndaşların 67 faizi yeni məcəllənin qəbulunun lehinə, 33 faizi əleyhinə çıxış edib.

Ümumilikdə, seçki məntəqələrinə 8,4 milyondan çox insan gəlib.

Kubanın yeni Ailə Məcəlləsi eynicinsli nikahlara, homoseksual cütlüklərin uşaq övladlığa götürməsinə və surroqat analığa icazə verir.

Mənbə: gazeta.ru

Bənzər yazılar

0.2148540019989