İrkutskda hərbi komissar GÜLLƏLƏNİB - VİDEO

 26-09-2022

Onun hazırda reanimasiyada olduğu açıqlanıb

Sentyabrın 26-da İrkutsk vilayətinin Ust-İlimsk hərbi komissarı Aleksandr Yeliseyevin güllələndiyi deyilir.

Bu barədə Rusiya mediası məlumat yayıb.

“Bu gün Ust-İlimskdə 25 yaşlı Ruslan Zinin hərbi komissar Aleksandr Yeliseyeva 6 dəfə atəş açıb. Hərbi komissar Yeliseyev reanimasiyadadır, onun vəziyyəti ağır qiymətləndirilir”, – deyə məlumatda bildirilir.

İrkutsk vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, Ust-İlimskdə saxlanılan Ruslan Zinin barəsində cinayət işi başlanıb:

“Rusiya Cinayət Məcəlləsinin 317 (Hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd) və 222-ci maddələri ilə (Qanunsuz olaraq silahın, odlu silahın əsas hissələrinin, döyüş sursatlarının əldə edilməsi, təhvil verilməsi, satışı, saxlanması, daşınması, ötürülməsi və ya daşınması) cinayət işi açılıb”.

Səfərbərlik elan olunandan sonra isə 261 min nəfərin Rusiyanı tərk etdiyi bildirilir.

Bu xəbəri “Novaya qazeta” Rusiya Prezident Administrasiyasındakı (AP) mənbəyə istinadən yayıb.

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-dən etibarən qismən səfərbərlik elan edib.

Bu barədə Vladimir Putin sərəncam imzalayıb.

O, xalqa müraciətində deyib ki, bu qərar Rusiyanın suverenliyinin və bütövlüyünün qorunub saxlanılması məqsədilə verilib.

V.Putin yalnız ehtiyatda olan rusların hərbi xidmətə çağırılacağını vurğulayıb.

Prezident çıxışı zamanı Rusiyanın nüvə silahından istifadə ehtimalı ilə bağlı xəbərdarlıq edib.

 

Bənzər yazılar

0.18910694122314