Astronomlar qalaktikamıza həyat verən ulduzlar toplusunu KƏŞF EDİBLƏR

 26-09-2022

Beynəlxalq astronomlar qrupu Süd Yolunun ortasında qalaktikanın mərkəzi ola biləcək ən qədim ulduz toplusunu aşkar ediblər.

Maks Plank Astronomiya İnstitutu alimlərinin fikrincə, bu populyasiya Süd Yolu qalaktikasını yaradan protoqalaktikanın qalıqlarıdır.

Protoqalaktika demək olar ki, 18 min işıq ili məsafəyə uzanır, kütləsi Günəşin kütləsindən 100 milyon dəfə çoxdur və yaşı 12,5 milyard ildən yuxarıdır.

Ümumilikdə, astronomlar iki milyona yaxın ulduzu tədqiq ediblər. Onlardan 18 mini Süd Yolunun uducu diskinə doğru hərəkət etmir. Alimlərin fikrincə, məhz həmin ulduzlar ətrafında qalaktikanın formalaşdığı nüvə rolunu oynayır.

Mənbə: gazeta.ru

Bənzər yazılar

0.1854100227356