BMT baş katibi: “Dünyada ərzaq qiymətləri kəskin ucuzlaşıb, amma...”

 24-09-2022

“Dünyada ərzaq qiymətləri kəskin şəkildə aşağı düşüb”.

MillətinSəsi.info-ın məlumatına görə, bunu BMT baş katibi Antonio Quterreş özünün “Twitter” hesabında yazıb.

Bununla belə, o, qiymətlərin hələ də keçən illə müqayisədə təxminən 8% yüksək olduğunu bildirib.

Baş katib Qara Dəniz Taxıl Təşəbbüsünün imzalanmasından bəri 29 ölkəyə 4,3 milyon tondan çox ərzaq daşındığını vurğulayıb.

“Daşınmalar artmalıdır ki, əmtəə bazarları daha da sabitləşsin”, - deyə Quterreş sözlərini yekunlaşdırıb.

 

Bənzər yazılar

0.21122598648071