İranda general Qasım Süleymaninin həmyerliləri onun banerini yandırıblar.
Bu haqda azad İran teleqram kanalı görüntü paylaşıb.
Xəbərə görə, sentyabrın 21-də sosial şəbəkələrdə yayılan videoreportajda narazı vətəndaşların SEPAH-ın Qüds qanadının öldürülmüş komandanı general Qasım Süleymaninin doğulduğu Kerman şəhərində etiraz aksiyası keçirib və onun divara vurulmuş böyük banerini cıraraq yandırdıqları görünür.