Naməlum şəxslər Moskvadakı Ostankino televiziya qülləsində partlayış təhlükəsi barədə məlumat veriblər.
“Ostankino televiziya qülləsində partlayış təhlükəsi barədə anonim məlumat daxil olub. Məlumat mütəxəssislər tərəfindən yoxlanılıb, təsdiqini tapmayıb - heç bir təhlükəli əşya aşkar edilməyib”, - deyə paytaxtın hüquq-mühafizə orqanlarından bildirilib.
Qeyd edək ki, bundan öncə də dəfələrlə teleqüllədə partlayıcı qurğuların yerləşdirilməsilə bağlı saxta məlumatlar qeydə alınıb.
Mənbə: TASS