Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti "Zeytun Pharmaceuticals" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.
Qaynarinfo-nun məlumatına görə, şirkət qurumun narkotestlərin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 119 888 manatdır. Qurum bu məbləğə 40 000 ədəd narkotest alacaq. Bu halda 1 ədəd narkotestin qiyməti 2,9 manat edir.
"Zeytun Pharmaceuticals" MMC-nin sahibi Şirəliyev Bəhruz Əvəz oğludur. MMC-nin nizamnamə kapitalı 2000 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev, ev 21C-də yerləşir.