Bakıda istilik təchizatı ilə bağlı hazırlıqlar necə gedir? - AÇIQLAMA

 21-10-2024

Artıq bir neçə gündür ki, ölkəmizdə havalar soyuyub. Xüsusilə yağışlı və küləkli günlər davam etməkdədir. Belə olan halda mənzillərdə istiliyə olan tələbat da artmağa başlayıb. Bakıda istilik təchizatı ilə bağlı hazırlıqlar necə gedir ? Ümumiyyətlə bu il üçün hansı yeniliklər nəzərdə tutulur? 

Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı "Azəristiliktəchizat" ASC  - nin Mətbuat katibi Elvin Basqallı Referans.az-a açıqlamasında bildirib ki,   "Azəristiliktəchizat" ASC  - nin  balansında  564 qazanxana var. 3871 yaşayış binası və 184 mindən çox mənzil, 449 təhsil müəssisəsi, 152 səhiyyə müəssisəsi,  2200 - dən çox   təsərrüfat  və sosial obyektlər  "Azəristiliktəchizat" ASC tərəfindən mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilir.  Hər il  payız-qış mövsünə hazırlıq, mövsüm yekunlaşdıqda isə növbəti mövsümə qədər olan dövrü əhatə edir. Bu dövr ərzində isə qazanxanalara baxış keçirilir, avadanlıqlar yoxlanılır. Magistral və məhəllədaxili xətlər hidrovlik təzyiqlə yoxlanılır. Lazımi yerlərdə əsaslı təmir işləri aparılır və yenilənmələr həyata keçirilir.

Elvin Basqallı həmçinin onu da vurğulayıb ki, bu il üçün əsas fərq və yenilik paytaxtın 4 rayonunda ümumilikdə 5 qazanxana yenidən qurulur. Paytaxtın Səbail, Nərimanov və Nizami rayonlarında 4 qazanxana yerində isə müasirtipli qazanxanalar inşa olunmaqdadır. Eyni zamanda da Səbail rayonunda bir qazanxana da  zirzəmidən çıxarılaraq yeni layihə əsasında hazırlanır.

"Həmin qazanxanaların ətrafındakı məhəllədaxili xətlər də dəyişdirilir. İstiliklə təmin olunan binaların aşağı alt paylayıcı xətləri də dəyişdirilir. Bu da daha keyfiyyətli istilik xidmətinə imkan verəcək",- deyə  "Azəristiliktəchizat" ASC  - nin sözçüsü qeyd edib.  

Bənzər yazılar

0.06489109992981