Britaniyalı politoloq USAİD-i İFŞA ETDİ – “Erməni lobbisinin təsiri altındadır” 

 15-10-2024

“ABŞ-da hər zaman güclü erməni lobbisi olub. ABŞ konqresmenləri Cənubi Qafqaz regionunu həmişə səhv başa düşərək, Azərbaycana qarşı sanksiyalar tətbiq ediblər. Ermənistan Azərbaycan torpaqlarının beşdə birini işğal etdiyi bir vaxtda ABŞ-ın Azərbaycan hökumətinə birbaşa hər hansı yardımını qadağan edən Azadlığa Dəstək Aktının 907-ci maddəsini xatırlatmaq kifayətdir”.

“Azərbaycan daha sərt cavab verməlidir”

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Ukrayna Milli Universitetinin “Kiyev-Mogilyan Akademiyası”nın professoru, britaniyalı politoloq Taras Kuzio deyib. ABŞ-ın Azərbaycana qarşı siyasətini dəyərləndirən politoloq, Ağ Evin Bakıya müvəqqəti ehtiyacları olmadığı üçün sanksiya dili ilə danışdığını bildirib.

“İndi onlar nahaq yerə iddia edirlər ki, Azərbaycan Qarabağda etnik təmizləmə aparıb. Lakin buna heç bir sübut yoxdur və bütün hüquq müdafiə təşkilatları bunu inkar edir.

Dezinformasiyaya qarşı Azərbaycandan yazılı şəkildə daha sərt cavab verilməlidir”, - deyə T.Kuzio qeyd edib.

Analitik USAİD-in Azərbaycanın tələbi ilə Bakıdakı fəaliyyətinin dayandırması ehtimalını da şərh edib:

“Azərbaycan müstəqil və suveren ölkə kimi, buna özünə uyğun gördüyü şəkildə cavab verməlidir. Amerika fondları ABŞ hökumətindən maliyyə alır və USAİD kimi təşkilatlar Vaşinqtonun silahıdır. Bunların heç biri müstəqil deyil və hamısı erməni lobbisinin təsiri altındadır. Bəli, onlar bir çox ölkədə eyni cür davranır. Müəyyən dərəcədə ona görə ki, o, ABŞ hökumətinin bir qoludur və buna görə də ABŞ hökumətinin siyasətini təbliğ edir”, - deyə T.Kuzio əlavə edib.

Bənzər yazılar

0.06908392906189