İranda zəlzələ baş verib.
Bu barədə Tehran Universiteti Seysmologiya Mərkəzindən məlumat verilib.
Məlumata görə, zəlzələnin episentri İranın cənubundakı Hörmüzqan vilayəti olub. 5,4 bal gücündə zəlzələ yerli vaxtla saat 13:44-də qeydə alınıb.
Zəlzələnin yerin 14 kilometr dərinliyində baş verdiyi qeyd edilib.
Can və ya mal itkisinin olub-olmadığı barədə hələlik məlumat yoxdur.
Mənbə: Haber Global