“Azərsu” Hüseynbala Mirələmovun oğlunu məhkəməyə verdi

 14-07-2024

“Azərsu” ASC sabiq millət vəkili Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmov barəsində məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, iddia üzrə hazırlıq iclası 17 iyul tarixində Nəsimi Rayon Məhkəməsində hakim Həbibə Miriyevanın sədrliyilə keçiriləcək.

Bildirilir ki, iddia kommunal xərclər ilə bağlıdır.

Məsələyə iddiaçı qurum da münasibət bildirib. 

Qurumun yaydığı məlumatda deyilir ki, Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan Fərid Mirələmovun həmin ünvan üzrə mənzilə verilən içməli suya görə borcu yaranıb: 

“Ona qanunauyğun şəkildə xəbərdarlıq olunsa da, borcu ödəməyib. Abonent Nəsimi rayonunda qeydiyyatda olduğuna görə “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” iddaçı qismində bu rayonun məhkəməsinə müraciət ünvanlayıb”. 

Onu da bildirək ki, Fərid Mirələmov DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin rəis müavini vəzifəsində işləyir.

Qeyd edək ki, Hüseynbala Mirələmov Milli Məclisin III, IV və V çağırış deputatı olub. 23 aprel 2021-ci ildə Mirələmov sosial şəbəkələrdə yayılan qeyri-etik görüntüləri səbəbindən Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri vəzifəsindən azad olunub. 

Bənzər yazılar

0.076998949050903