Orxan Abbasov Daşkəsən rayonuna icra başçısı təyin edildi

 15-07-2024

Orxan İrşad oğlu Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

AZƏRTAC bildirir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Daşkəsən rayonunun icra başçısı vəzifəsinə təyin olunan Orxan Abbasovun atası da vəzifəli şəxsdir.

Orxan Abbasovun atası İrşad Abbasov Azərbaycan Texnologiya Universitetinin Qiyabi və əlavə təhsil sektorunun müdiridir.

İrşad Abbasov bundan əvvəl Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru işləyib.(unikal)

Bənzər yazılar

0.065938949584961