Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi - SƏRƏNCAM

 08-07-2024

Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Qeyd edək ki, Suraxanı rayonuna təyin edilən icra başçısı Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub.

1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən idman ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sank-Peterburq şəhərindəki M.V.Frunze adına Hərbi Akademiyanı bitirib.

1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını başa vurub.

2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.

2004-cü ildə Bakı Dövlət Universitetində magistratura və 2010-cu ildə aspirantura təhsili alıb.

2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub.

9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

20 saylı Nərimanov II seçki dairəsindən 2005-ci ildə III çağırış, 2010-cu ildə IV çağırış və 2015-ci ildə V çağırış Milli Məclisin deputatı seçilib.

2005–2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü olub.

10 mart 2020-ci ildə Adil Əliyev Milli Məclisin sədr müavini seçilib.

10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin sədri seçilib.

Ailəlidir, üç övladı var.

 

Bənzər yazılar

0.065814018249512