Prezidentin əmisi oğlu İlqar Əliyevdən NAZİRƏ MÜRACİƏT: Sumqayıt maşın bazarında zorla seyfi açdıran idmançılar KİMİN ADAMIDIR?

 29-08-2022

Sumqayıt maşın bazarında insident baş verib. Bazara gələn idman cüssəli şəxslər rəhbərlikdən seyfin məcburi açılmasını tələb edərək oradan payçılardan birinə məxsus pulu götürüblər.

Musavat.com bu məlumatı bazarın pay sahiblərindən olan İlqar Əliyevin rəsmi qurumlara müraciətindən əldə edib.

Məlum olur ki, hadisə avqustun 21-də baş verib.

Əvvəlcə qeyd edək ki, Sumqayıt maşın bazarı prezidentin əmisi mərhum akademik Aqil Əliyev tərəfindən yaradılıb.

Qeyd edək ki, hazırda bazarda 3 nəfərin şərikliyi var. Onlardan biri 50 faiz pay sahibi ilə “Vicdan-1” MMC-nin təsisçilərindən Müşfiq adlı şəxsdir. 25 faiz pay sahibi prezidentin əmisi oğlu İlqar Əliyevə, daha 25 faiz pay sahibi isə professor Şahbaz Şahbazova məxsusdur.

faa79649c7f3e3648636da57f654b7b7.jpg (64 KB)

Hazırda uzun müddət şərik olmuş İlqar Əliyev, Şahbaz Şahbazov və İlham Məmmədov arasında əmlaklara görə məhkəmə çəkişmələri davam edir.

Mətbuatda Şahbaz Şahbazovun müraciətləri yer alır ki, İlham Məmmədov ona qarşı qanunsuz hərəkətlər edərək paylarını əlindən alıb. Şahbaz Şahbazov özünə qarşı qanunsuz ittihamların irəli sürüldüyünü deyərək məcburiyyət qarşısında ölkəni tərk etdiyini Musavat.com-a söyləyib.

İlham Məmmədov isə Şahbaz Şahbazovu ittiham edərək onun İlqar Əliyevin etibarından istifadə edərək əmlakları ələ keçirdiyini bildirir.

İndi isə ortada olan iddialardan məlum olur ki, İlham Məmmədov həm Şahbaz Şahbazova, həm də İlqar Əliyevə qarşıdır. İlham Məmmədov hətta İlqar Əliyevin xanımı Solmaz Əliyeva və digərlərinə qarşı iddialar qaldırıb.

Qeyd edək ki, Şahbaz Şahbazov barəsində cinayət işi açılıb. İlham Məmmədov isə ötən ilin sonlarında bilə-bilə yalan məlumat vermə, xəbərçilik ittihamı ilə həbs edilmişdi. Daha sonra azadlığa buraxılıb.

İndi İlqar Əliyevə məlum olur ki, İlham Məmmədov atası akademik Aqil Əliyevdən qalan əmlakları ələ keçirir. İlqar Əliyev İlham Məmmədova vediyi etibarnamələrdən sui-istifadə edildiyini bilib. Maraqlıdır ki, İlham Məmmədov bu əməllərində İlqar Əliyevin oğlu Riyad Əliyevdən də istifadə edib.

prezidentin-emisi-oglu-ilqar-eliyevin-emlaklarini-kimler-ele-kecirib-mehkeme-isi-593649

Qayıdaq Sumqayıt maşın bazarındakı insidentə...

Qeyd etdiyimiz kimi, İlham Məmmədov həm İlqar Əliyevə, həm də Şahbaz Şahbazova qarşı iddialar qaldırıb. Məhkəmə çəkişmələrindən birində İlham Məmmədov Şahbaz Şahbazova qarşı iddiasını rayon məhkəməsində udub. Amma Bakı Apellyasiya Məhkəməsinin qərarını gözləmədən Şahbaz Şahbazovun Sumqayıt maşın bazarındakı nağd gəlirini qol gücü ilə ələ keçirib. Bunu isə digər şəriklərin gözü qarşısında nümayişkaranə şəkildə edib.

Əldə etiyimiz məlumata görə, İlqar Əliyev bu insident, daha doğrusu özbaşınalıqla bağlı daxili işlər nazirinə və Sumqayıt Şəhər Polis İdarəsinin rəisinə müraciət edib.

İ.Əliyev müraciətində qeyd edib ki, avqustun 21-də köməkçisi bazara gedərək onlara çatacaq pulu götürmək istəyərəkən bütün bu baş verənlərə şahidlik edib.

“Həmin vaxt İlham Məmmədov köməkçimə hansısa məhkəmənin qərardadını göstərib. Deyib ki, Şahbaz Şahbazovun “Vicdan-1” MMC-də və “Azinteroil” şirkətlərindəki 25 faizlik payına həbs qoyulub. İlham Məmmədov bildirib ki, Şahbaz Şahbazovun ona borcu var. Buna görə də bazardan Şahbaza çatacaq 25 faizi özü götürür. Bu isə özbaşınalıq və qanunları saymamaqdır. Məhkəmə qərarı olmadan bu adam öz istədiklərini edir.

Hətta iddia edib ki, heç bir pay sahibi olmadığı bazara görə icra başçısına ayda 11 min manat verib. Bu danışığının şahidləri var. Deyib ki, siz ağsaqqalın pulunu necə kəsməyə cürət edirsiniz?” - deyə İlqar Əliyevin müraciətində yazılır.

İlqar Əliyevin yazdıqlarından və hadisə şahidlərinin dediklərindən məlum olur ki, bir neçə maşınla bazara gələn idman cüssəli şəxslər İlham Məmmədovun göstərişi ilə MMC-nin təsisçisi olan Müşfiq adlı şəxsdən seyfi açmasını və Şahbaz Şahbazova çatacaq 30 min manat pulu verməsini tələb ediblər. O da məcbur qalaraq onların tələblərini yerinə yetirib.

Daxili işlər nazirinə və Sumqayıt Şəhər Polis idarəsinin rəisinə müraciət edən İlqar Əliyev qeyd edib ki, həmin bazar atası Aqil Əliyev tərəfindən ərsəyə gətirilib. Amma indi İlham Məmmədov öz cinayətkar dəstəsi ilə birlikdə onun pulunu ələ keçirərək cinayət törədib: “Bildirirəm ki, həmin qərarda hərrac yolu ilə əmlakın satılması nəzərdə tutduğu halda, özbaşına şəkildə İlham Məmmədovun gəlib o pulu tələb etməsi qanunsuzdur və cinayət əməlidir. Bu hərəkətləri ilə İlham Məmmədov törətdiyi cinayətlərə yenilərini əlavə etməkdə davam edir. Xahiş edirəm İlham Məmmədovun barəsində tədbir görülməsinə göstəriş verəsiniz”.

Mənbə Musavat.com

Bənzər yazılar

0.22871088981628