“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

 15-04-2024

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq, 1988-ci il təvəllüdlü, “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev yenidən məsuliyyətə cəlb edilib.

Müvafiq qərarla S.Mirzəyev 30 sutka inzibati qaydada həbs edilib.

Xatırladaq ki, Ağcabədi rayonunun Hüsülü kənd sakini Sadiq Mirzəyev “TikTok” sosial şəbəkəsində 9 yaşlı övladı Adəm Mirzəyevlə canlı yayımlara çıxır.

Adəm Mirzəyevin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmır.

Bu səbəbdən bu il fevralın 13-də də S.Mirzəyev barəsində protokol tərtib olunaraq rayon icra hakimiyyətinin müvafiq komissiyasına göndərilmişdi.

Bənzər yazılar

0.22112798690796