Xarici sözlərin milli qarşılıqları niyə yaradılmır? - VİDEO

 29-04-2024

“Orfoqrafiya və orfoepiya lüğəti beş ildən bir yenidən çap olunur”.

Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərdən birində Dilçilik İnstitutunun direktoru Namiq Məmmədli deyib.

O, beş il ərzində dildən çıxan, işlək olmayan sözlər ayrıldığını, yeni sözlər və onların alternativlərinin əlavə olunmasına baxmayaraq, vətəndaşlarımız hər zaman nəticədən narazı olduğunu deyib.

“Bizdən dilimizə daxil olan alınma sözlərin alternativ variantlarını yaratmağımızı istəyirlər. Sözü xalq yaradır və bu cəmiyyətdə işlək olduğu halda lüğətə əlavə edilir. Bəzi əşyalara birə-bir ad vermək o addan ömürlük istifadə edəcəyimizə zəmanət vermir”, - deyə direktor qeyd edib.
Qeyd olunan məsələ ilə bağlı paytaxt sakinləri arasında aparılan sorğunun nəticələrinə əsasən, vətəndaşlar gündəlik fəaliyyətlərində ən çox alınma sözlərdən istifadə etdiklərini bildiriblər.

Ətraflı videosüjetdə:

Bənzər yazılar

0.21564793586731