Buzovnada 45 yaşlı kişi öldürüldü

 29-04-2024

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyin oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

Ölkə.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1954-cü il təvəllüdlü Dadaşov Natiq Hüseyin oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

Bənzər yazılar

0.17225503921509