Hansı uşaq ünsiyyətsiz uşaqdır?

 14-04-2024

Ətrafı ilə ünsiyyət qurmaqda heç bir problemi olmayan uşaqlar olduğu kimi, ətrafı ilə ünsiyyət qurmaqda çətinlik çəkən uşaqlar da az deyil. Üstəlik, belə uşaqlar ənənəvi qaydalara riayət etməkdə də çətinlik çəkirlər.

Ünsiyyətsiz uşaqlarda müşahidə edilən digər əlamətlər isə əsasən bunlardır:

  • - Həmişə əsəbi və aqressivdirlər.
  • - Dırnaq yemək, barmaq əmmək və s. kimi vərdişləri var.
  • - Məktəbdə istənilən nəticəni göstərə bilmirlər.
  • - Yaşıdları ilə tez-tez ziddiyyətdə olurlar.
  • - Çox vaxt nə istədiklərini bilmirlər.
  • - Həmişə olmasa da, yalana meyillidirlər.
  • - Kollektiv arasında olmağı xoşlamırlar.
  • - Hadisələrə tez reaksiya verirlər və s...

Təbii ki, bir uşaqda bütün bu əlamətlərin olması vacib deyil. Ancaq uşağınızda bu əlamətlərin biri və ya bir neçəsi varsa və üstəlik, uşağınız öz mövqeyində təkid edirsə, vaxtında tədbir görməlisiniz. Digər tərəfdən, bu işdə öz imkanlarınızdan istifadə edə biləcəyiniz kimi, bir mütəxəssisin köməyindən də istifadə edə bilərsiniz. Əks halda, uşağınızın yaşı böyüdükcə problemləri də böyüyəcək və gələcəkdə təkcə sizin və ya özü üçün yox, cəmiyyət üçün də problemə çevriləcək.

Aygün Vəliyeva

Bənzər yazılar

0.17019009590149