Abdin Fərzəliyev Zəfər Gününə 212 min manat xərcləyəcək

 20-10-2023

Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Ekonominfo.az xəbər verir ki, tender müsabiqəsinin qalibi “Proqress İnşaat EN” MMC (VÖEN – 2007110451) olub.

“Proqress İnşaat EN” MMC Abşeron Rayon İcra Hakimiyyətinin sifarişi əsasında 8 Noyabr Zəfər Gününə həsr olunan tədbiri təşkil edəcək və qarşılığında 212 min 57 manat 80 qəpik alacaq.

Qeyd edək ki, "Proqress İnşaat EN” MMC 29 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi İslamov Nazim Əli oğludur. Şirkət qeydiyyatdan keçən vaxtı qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğludur.

Eldar Şirinov Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rafail Mehraliyevin yeznəsidir (bacısının əri). Eldar Şirinov eyni zamanda “ENS İnşaat” MMC ilə yanaşı, “ENS İnşaat-E” MMC, “N Qardaşları” MMC  və Müstəqil “Ramin-F” Çoxsahəli İstehsalat Firması və “Rəşad-Abadlıq” Təmir-Tikinti Müəssisəsinin rəhbəridir.

Onu da bildirək ki, “Proqress İnşaat EN” MMC son 2 ay ərzində müxtəlif dövlət qurumlarının keçirdiyi dəyəri yüz minlərlə manat olan 15 tender müsabiqəsində qalib olub.

Bənzər yazılar

0.066503047943115