Estetik əməliyyata qarşı çıxan aktrisa özü də plastik dəyişikliyə İMZA ATIB

 05-07-2022

Estetik əməliyyatlara qarşı olduğu bilinən türkiyəli cazibədar aktrisa Tuba Büyüküstünün son görüntüsü görənlərdə çaşqınlıq yaradıb.

İki uşaq anası olan 39 yaşlı aktrisanın üzündə dolğu olan fotosu diqqət çəkib.

Daha əvvəl verdiyi müsahibədə estetik əməliyyatlara görə hamının bir-birinə oxşadığını deyən, hər zaman təbiiliyi müdafiə edən aktrisanın plastik əməliyyat etdirdiyi iddia olunub.

Bir mərasimə qatılan aktrisanın dartılmış siması onun dolğu etdirdiyi ilə bağlı iddialara səbəb olub. Dəyişikliyi ilə diqqət çəkən Büyüküstün iddialarla bağlı hələlik açıqlama verməyib.

Mənbə: Bursa

Bənzər yazılar

0.23562788963318