Nazirlik sabiq icra başçısına bağlı şirkəti məhkəməyə verdi

 05-10-2023

İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti “Samir Ağdülü” MMC barəsində məhkəmə iddiası qaldırıb.

Ekonominfo.az xəbər verir ki, məhkəmə iddiasına Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Mamazova tərəfindən baxılacaq.

Məhkəmə iddiasının icra müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr səbəbdən qaldırıldığı bildirilir.

Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan “Samir Ağdülü” MMC 2007-ci ildə təsis olunub. MMC-yə 2006-2018-ci illərdə Xətai rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Razim Məmmədovun bacısının həyat yoldaşı rəhbərlik edib. Şirkətin adı da sabiq başçının bacısı oğlunun adı (Samir) ilə adlandırıb.

İcra başçısı vəzifəsindən azad olunduqdan sonra Razim Məmmədov Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunub.

Bənzər yazılar

0.14432406425476