Texniki Universitetin üçüncü kurs tələbəsi DƏNİZDƏ BATIB

 27-06-2022

Bakının Sabunçu rayonunda dənizdə bir nəfər boğulub.

MillətinSəsi.info xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Əhmədov Novruz Elnur oğlu dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə morqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Novruz Əhmədov Bakıda kirayədə yaşayırmış.

O, Texniki Universitetin üçüncü kurs tələbəsi olub. 

Əhmədov Novruz

Bənzər yazılar

0.19427800178528