Motosikletlə səyahətən gələn TÜRKİYƏ VƏTƏNDAŞLARI: “Başqa ölkədə pul almırlar, Azərbaycan gömrüyündə isə dollar istəyirlər” – VİDEOFAKT

 17-06-2022

“Azərbaycan gömrüyündən keçirik, 110 dollar alıblar, burada dollarsız işlər yoluna düşmür”

MillətinSəsi.info xəbər verir ki, bu barədə Azərbaycana motosikletlə səyahət edən Türkiyə vətəndaşları sosial şəbəkələrdə video paylaşıblar.

“Müsəlman olmayan ölkəyə gedirik, pul almırlar, qardaş Azərbaycana gəlirik, TIR-larla eyni ödənişi edirik. Dollar istəyirlə ancaq, heç bir qəbz və sair təqdim etmirlər”, - deyə türkiyəli səyyahlar bildirib. Onların sözlərinə görə, nə Gürcüstanda, nə də başqa bir ölkədə bu cür problemlə qarşılaşmayıblar.
Ətraflı videoda:

 
Dövlət Gömrük Komitəsi məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, videodakı şəxslərin səsləndirdiyi iddialar əsassızdır:
 
“Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları tərəfindən dərhal aparılan araşdırma zamanı müəyyən olunub ki, həmin video Beynəlxalq Dəniz Ticarəti Limanının ərazisində qeydə alınıb. Lakin videonun qeydə alındığı və həmin şəxslərin ödəməni həyata keçirdiyi məkan limanın giriş qapısında, gömrük zonasının xaricindədir. Yəni hadisə gömrük zonasından kənarda baş verib.
 
Onların ödədiklərini iddia etdikləri vəsaitlərin gömrük orqanlarına aidiyyəti yoxdur. Belə ki, limanda perron, körpü, gəmi və parklanma üçün göstərilən xidmətlərə görə alınan vəsait gömrük orqanlarının səlahiyyətinə aid deyil.
 
Komitənin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə aparılan araşdırma nəticəsində ölkə ərazisinə giriş-çıxış zamanı həmin şəxslərdən hər hansı gömrük ödənişlərinin alınmadığı müəyyən edilib. Onu da qeyd edək ki, mövcud qanunvericiliyə görə sərhədkeçmə proseslərində motosikletlərdən, ümumiyyətlə hər hansı ödəniş tələb olunmur”.

Bənzər yazılar

0.27196311950684