Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsi qanunu pozub

 02-08-2023

Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsi “Dövlət satınalmaları haqqında” Qanunun tələblərini pozub. 

Valyuta.az xəbər verir ki, İdarə 2023-cü ildə alınacaq mal-material və inventarların satın alınması ilə bağlı tender keçirib. Lakin tender qanunun tələblərinə cavab verməyib. 

Bu baxımdan, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarət Xidməti tenderin ləğv olunması ilə bağlı idarəyə məktub ünvanlayıb. Bundan sonra tenderin lığvi barədə qərar qəbul edilib. 

Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsi Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. 

Bənzər yazılar

0.15129208564758