Şəmkir İcra Hakimiyyəti dövlət tədbirləri üçün 45 min manat xərcləyəcək

 20-07-2023

Şəmkir Rayon İcra Hakimiyyəti rayonda dövlət bayramları və əlamətdar günlərlə bağlı tədbrilərin keçirilməsi və bunun üçün zəruri olan malların satın alınması ilə bağlı kotirovka sopruğusuna yekun vurub. 

Valyuta.az xəbər verir ki, sorğunun qalibi “Baku Holiday” MMC olub. 

İcra Hakimiyyəti ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 44.441,16 AZN-dir. 

“Baku Holiday” MMC 8 noyabr 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Rzayev Ramil Nurəddin oğludur. 

10 ildir fəaliyyət göstərməsinə baxmayaraq açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur.

Adətən bu tip şirkətlərdən tender əməliyyatlarında istifadə edilir. 

Bənzər yazılar

0.14327597618103